Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:02

Keçmiş Təhsil naziri Lidiya Rəsulova vəfat edib


Lidiya Rəsulova 71 yaşında xəstəlikdən vəfat edib.

Fevralın 6-da Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasında mərhumla vida mərasimi keçiriləcək.

L. Rəsulova 1941-ci ildə anadan olub. 1981-88 illərdə Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri, 1988-93 illərdə Azərbaycan sosial təminat naziri, Azərbaycan Dövlət Elm və Texnika Komitəsinin sədr müavini, 1993-97 illərdə təhsil naziri vəzifələrində çalışıb.

Azərbaycan SSR Ali Sovetinin (9-cu və 10-cu çağırış) deputatı, Ali Sovetin Xalq maarifi və elm komissiyasının üzvü, SSRİ Ali Sovetinin (11-ci çağırış) deputatı, Millətlər Sovetinin Xarici işlər komissiyasının üzvü olub.

L. Rəsulova «Şöhrət» ordeni ilə təltif edilib. /apa/
XS
SM
MD
LG