Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:59

Qahirədə polislə aksiyaçılar yenidən toqquşub


Bazar günü yenidən Misirin paytaxtı Qahirədə polislə nümayişçilər arasında toqquşma olub.

Yüzlərlə polis Daxili İşlər Nazirliyinin binasına gedən yolları beton sədlərlə bağlayıblar.

Aksiyaçılar polisi daşa basıb, yandırıcı butulkalar atıblar.

Bu günlərdə Port-Səid stadionunda 74 adamın ölümüylə nəticələnmiş insidentdən sonra ölkədə yenidən gərginlik yaranıb.

Aksiyaçılar hakimiyyəti ictimai tədbirlərdə asaişi qoruya bilməməkdə günahlandırırlar.

Qahirə Suezdə azı 12 adamın öldüyü xəbər verilir.
XS
SM
MD
LG