Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:31

Qahirədə hərc-mərclik davam edir


Misirin paytaxtı Qahirədə gərginlik və hərc-mərclik davam edir. Dövlət televiziyası şənbə günü axşam vergi xidmətinin binasına hücum edildiyini xəbər verir.

Müşahidəçilər baş verənlərin bu günlərdə Port-Səid stadionunda 74 adamın ölümüylə nəticələnmiş insidentlə bağlı olduğunu deyirlər.

Aksiyaçılar hakimiyyəti ictimai tədbirlərdə asaişi qoruya bilməməkdə günahlandırırlar.

Son 4 gün ərzində Qahirədə baş verən toqquşmalarda azı 12 adam ölüb.

Bir qrup deputat və ictimai xadim Daxili işlər Nazirliyinin rəsmilərilə ölkədə zorakılığın
dayandırılması yolarını müzakirə ediblər.
XS
SM
MD
LG