Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:50

Generalissimus Stalinə məktub


«Kommunist» qəzeti, 14 may 1950-ci il
«Kommunist» qəzeti, 14 may 1950-ci il
AzadlıqRadiosu Sovet qəzetlərindən seçmələri davam etdirir:

«Kommunist» qəzeti, 14 may 1950-ci il

Bu dəfə Almaniya Demokratik Respublikası Baş nazir
Berlin, 19 may 1950-ci il.

Sovet Sosialist Respublikalar İttifaqı Nazirlər Sovetinin Sədri

Generalissimus İ.V. STALİNƏ

Çox hörmətli Generalissimus Stalin.

Təzminat hesabına Almaniyanın verməkdə olduğu məbləği azaltmaq haqqında 50-ci il 15 may tarixli məktubunuzu aldığımı və məzmunu ilə tanış olduğumu bununla təsdiq edirəm.

Almaniyanın təzminat təəhhüdlərinin qalan məbləğini yarıya qədər əskiltmək və təəhhüdləri ödəməkdən ötrü 15 il vaxt vermək yolu ilə təzminatın verilməsini xeyli yüngülləşdirmək haqqındakı qərar üçün Almaniya Demokratik Respublikasının müvəqqəti hökuməti adından alman xalqının təşəkkürünü Sovet Sosialist Respublikaları hökumətinə bildirirəm. Alicənablıq və etimad ifadəsi olan bu tədbir iqtisadi və mədəni həyatımızın inkişafını sürətləndirəcək, habelə əhalimizin həyat şəraitini daha da yaxşılaşdıracaqdır. Sovet hökumətinin qərarı Almaniya Demokratik Respublikasını və bütün alman xalqının tərəqqipərvər qüvvələrini ruhlandıraraq onların üzərinə vahid, demokratik və sülhsevər Almaniya yaradılması uğrunda mübarizəni gücləndirmək, bütün dünyada sülhün təmin edilməsi və qorunması uğrunda böyük Sovet İttifaqının rəhbərliyi ilə sülhsevər xalqlar tərəfində əzmlə mübarizə aparmaq vəzifəsini qoyur.

Sovet hökumətinin qərarı ilə əlaqədar olaraq mən 1950-ci il mayın 17-də Almaniya Demokratik Respublikası Müvəqqəti Xalq Palatasının iclasında hökumət adından bir bəyanat verdim. Həmin bəyanatın mətni bu məktuba əlavə edilir. Müvəqqəti Xalq Palatasının bütün fraksiyaları hökumətin bəyanatına qoşuldular, Sovet Hökumətinin qərarına sevindiklərini və buna minnətdar olduqlarını bildirdilər. Müzakirə bütün fraksiyalar tərəfindən birlikdə təklif olunmuş qərarı yekdil surətdə qəbul etməklə qurtardı. Həmin qərarın mətnini bu məktuba əlavə edirəm.

Böyük hörmətlə O. Qrotevol.
XS
SM
MD
LG