Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:22

Şəmkirdə anti antikorrupsiya qurumu ofisindən çıxarıla bilər


Korrupsiya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov.

Korrupsiya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov.

Şəmkir rayon icra hakimiyyəti Korrupsiya Qarşı Mübarizə Fondunun yerli ofisinin bağlanmasını tələb edir. Bunu Azadlıqradiosuna Fondun icraçı direktoru Vasif Mövsümov deyib. Onun sözlərinə görə, fevralın 2-də şəhər icra hakimiyyətinin nümayəndəsi, polis və prokurorluq işçiləri yerli ofisə gələrək onun fəaliyyətinin dayandırılmasını tələb ediblər:

“Onlar ofisin girişindən göstəricini çıxarmağı tələb ediblər. Bildiriblər ki, ofis burda icazəsiz fəaliyyət göstərir. Onlar ofisin nə vaxtdan fəaliyyət göstərdiyini soruşublar. Halbuki bu ofis 7 ay əvvəl - 2011-ci ilin iyulunda rayon icra hakimiyyətinin, polis və prokurorluğun nümayəndələri iştirakı ilə açılıb.”

Vasif Mövsümov deyir ki, son vaxtlar onların apardıqları sorğularda vətəndaşlar, ayrı-ayrı sahibkarlar daha çox icra hakimiyyətlərinin müdaxilələrindən narazılıqlarını ifadə ediblər. O, hesab edir ki, ola bilsin elə onlara qarşı təzyiqlər də bununla bağlıdır.

Vasif Mövsümovun sözlərinə görə, Şəmkirdə üzləşdikləri ofis problemi bu barədə Korrupsiyaya Qarşı mübarizə üzrəDövlət Komissiyasına artıq müraciət ediblər. Prezident Administrasiyasına, Baş Prokurorluğa da müraciət hazırlayırlar.

Özünü Şəmkir rayon İcra Hakimiyyəti başçısının birinci müavini kimi təqdim edən şəxs isə telefon zəngimizə cavabında fondla bağlı problem olmadığını dedi: “Fonda deyilib otur yerində, fəaliyyət göstər. Bağlanmır, elə söhbət də yoxdur.”

Şərhləri göstər

XS
SM
MD
LG