Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:35

HƏFTƏNİN SUALI: BU, HANSI ROMANDANDIR?


Aliq Nağıoğlu
Aliq Nağıoğlu
Viktorinamızın bu həftə üçün sualı belədir: Aşağıdakı parça hansı əsərdəndir?

"Əziz balam, istədiyini yollayıram. Bu pulu ağılla xərclə, çünki bir daha bu qədər pulu atanın xəbəri olmadan düzəldə bilməyəcəm - hətta sənin həyatını xilas eləməkdən ötrü lazım olsa belə. Əgər atan bilsə, ailəmizin nizamı tamam pozular. Torpaqlarımızı girov qoymağa məcbur olarıq.

Sənin planlarından xəbərdar deyiləm. Amma bu nə plandır ki, açıb mənə deməkdən çəkinirsən. Bu, cild-cild izah tələb eləmir ki. Analar hər şeyi bircə işarədən, bircə sözdən də anlar. Bu məni qeyri-müəyyənlik sıxıntısından qurtarardı. Əziz oğlum, məktubunu ürək ağrısı ilə oxudum. Sən bu qorxunu ürəyimə salan məktubu yollayarkən nə hisslər keçirmisən? Mənim bu məktubu oxumağım kimi yəqin sənin onu yazmağın da ağrılı bir iş olub.

Seçdiyim yol - nə yoldur? Həyatda xoşbəxtliyi olmadığın kimi görünməkdə və altından çıxa bilməyəcəyin xərcə düşmədən, təhsilin üçün lazım olan dəyərli vaxtı itirmədən daxil ola bilməyəcəyin cəmiyyətdə uğur qazanmaqdamı görürsən?.."


Cavabınızı bu ünvana yollaya bilərsiz: oxuzali@azadliqradiosu.az

Viktorinanın qalibinin adını isə gələn həftənin bazar ertəsi elan edəcəyik.


Keçən həftə dərc etdiyimiz parça isə Nobel mükafatlı Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin “Baltasarın həyatında unudulmaz gün” hekayəsindən idi.

Düzgün cavabı cəmi iki nəfər tapıb, onlar arasında da birinci - yazıçı Aliq Nağıoğlu olub.

Aliq bəy 1957-ci ildə Masallı rayonunun 1-ci Yeddioymaq kəndində anadan olub. Krasnodar Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndis-texnoloqdur.

Qalibi təbrik edir və onun viktorinanın qaliblərinə verdiyimiz ənənəvi suallara cavablarını təqdim edirik:

- Kitaba həvəsim məktəb illərindən yaranıb. Dil-ədəbiyyat müəllimi olan xalamın əri “Azərbaycan”, “Ulduz” jurnallarını, “Literaturnaya qazeta”, “Ədəbiyyat və incəsənət” qəzetlərini sonradan mənə verirdi ki, həm oxuyum, həm də yığıb saxlayım.

Tələbəlik illərində mütaliəmi rusca davam etdirməklə yanaşı, o vaxtı ədəbi mühitdə mühüm rol oynayan mərkəzi jurnalların abunəçisi olmuşam. Təkcə “Literaturnaya qazeta”nı ardıcıl 20 il oxumuşam.

Sonralar işlədiyim dövrdə də kitablar həyatımın mənası olub. Deyim ki, çətin keçən illərimdə ədəbiyyat və kitablar məni yaşadıb, nadan zərbələrinin ağrılarına dözdürüb və bu gün sağ qalmağıma görə Yaradana və ədəbiyyata, kitaba borcluyam. Əslində ədəbiyyatın, kitabın nəhəngliyi bundadır.

- Q.Q. Markeslə tanışlığım “Yüz ilin tənhalığı”ndan başladı. Sonralar onun çoxsaylı hekayələrini, povest və romanlarını oxudum. O zaman bu, ancaq rus dilində mümkün idi. Əsərləri dilimizə tərcümə ediləndən sonra isə “Polkovnikə məktub yoxdur”u (İshaq İbrahimovun tərcüməsində), “Gözlənilən qətlin tarixçəsi”ni (Əkrəm Əylislinin tərcüməsində), “Küskün gözəlçələrimi xatırlarkən” (Saday Budaqlının tərcüməsində) və onlarla digər əsərlərini mütaliə etdim. Viktorina hekayəsini isə unudulmaz Natiq Səfərovun tərcüməsində bəyənmişəm.

- Heç vaxt sürətlə mütaliə etməmişəm, aya təxminən 700 min kompüter işarəsi olur. Çalışıram bütün yerli ədəbi-bədii jurnalları, qəzetlərin ədəbiyyat əlavələrini əldə edim və oradakılarla tanış olum. “Oxu zalı” və “Kultaz”da gedən materialları da istisnasız oxuyuram. Amerika ədəbiyyatı, yapon ədəbiyyatı, Fransa ədəbiyyatı... Cavanlıqda girimə keçən kitabı oxuyurdumsa, indi vaxt azlığından seçimə üstünlük verirəm. Amma zaman-zaman hər il təkrar oxuduğum eyni əsərlər var.

Yanvar ayında H.Hessenin ”Nobel mükafatı seriyası”ndan olan kitabını , F. Beqbederin “Məhəbbət üç il yaşayır”, T. Hüseynin “Seçilmiş əsərləri, 1- ci cild” kitablarını da oxumuşam.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG