Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:28

Pakistanın baş naziri Qətərə gedir


Pakistanın baş naziri Yusif Rza Gilani hələn həftə Qətərə yollanır.

Məqsəd ölkə liderlərilə 10 illik Əfqanıstan müharibəsilə bağlı sülh razılaşmasını müzakirə etməkdir.

Bu barədə Pakistan xarici işlər nazirliyinin sözçüsü Abdul Basid xəbər verib.

Pakistanın Xarici işlər naziri Hina Rabbani Khan bundan bir neçə gün əvvəl Əfqanıstanda olub, ölkəsinin taliban və digər qrupları sülh danışıqlarına cəlb etməyə hazır olduğunu bildirib.

Əfqanıstan talibləri ötən ay sülh razılaşmasına nail olmaq üçün Qətərdə siyasi ofis açdığını bəyan edib.
XS
SM
MD
LG