Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:16

3 gündür ki, Misirdə toqquşmalar gedir


3-cü gündür ki, Misirdə polislə nümayişçilər arasında toqquşmalar gedir.

Bu günlərdə Port-Səiddə baş verən hərc -mərclik zamanı polisin fəaliyyətindən narazı qalan aksiyaçılar yenidən Daxili İşlər Nazirliyinin qarşısına yığışıblar.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Həmçinin Suets və İsgəndəriyyə şəhərlərində hərc-mərclik baş verib.

Azı 4 adamın öldürüldüyü, 2500-dən çox adamın yaralandığı xəbər verilir.

Aksiyaçılar təhlükəsizlik qüvvələrini Port-Sıid stadionunda 74 adamın ölümüylə nəticələnmiş insidentin qarşısını ala bilməməkdə bununla hərbi hakimiyyətin mülki hökumətə verilməsini qəsdən uzatmaqda günahlandırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG