Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:23

Nazir: Donmamaq üçün qaçın və soyuq su ilə yuyunun


Kiyev, 1 fevral 2012
Kiyev, 1 fevral 2012
Ukrayna hökuməti bildirib ki, Ukraynada yanvarın 27-dən bəri soyuqdan 100-dən çox adam ölüb. Onların çoxu evsiz adamlar olub və əksəriyyətinin meyiti küçədə tapılıb.

Yüzlərlə donmuş adam isə xəstəxanalara yerləşdirilib.

Məktəblər və kolleclər bağlanıb, isinmək və qidalanmaq üçün 3 minə yaxın sığınacaq quraşdırılır.

Bu həftə Avropada temperatur -35 dərəcəyə düşüb.

Polşada fevralın 1-də azı 8 adamın soyuqdan öldüyü bildirilir. Bununla da bu ölkədə ötən həftədən bəri soyuqdan ölənlərin sayı 37-yə çatıb.

İtaliyada mütəxəssislər deyirlər ki, 27 ildə ilk dəfədir belə soyuq həftə müşahidə olunub.

UKRAYNA 3 GÜNƏ 1 MİLYARD KUBMETR QAZ YANDIRIB

Bunu Ukraynanın Baş naziri Nikolay Azarov bəyan edib.

Ölkəni qazla Rusiya təchiz edir. Ukrayna 2012-ci il üçün 27 milyard kubmetr qaz alacaq.

«QAÇIN VƏ SOYUQ SU İLƏ YUYUNUN»

Fövqəladə Hallar naziri Viktor Baloqa məsləhət görüb ki, camaat soyuqdan qorunmaq üçün çoxlu idman etsin. «Səhər tezdən oyanın, idman eləyin və işləyin», - o, «Ukrainskaya Pravda»ya bildirib. «Bu, heç kəsi hələ öldürməyib. Əksinə, sizi formada saxlayacaq. Bütün ili hər səhər 8-10 km qaçın və soyuq su ilə yuyunun».
XS
SM
MD
LG