Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:51

Moskvada "Ədalətli seçki" tələbilə mitinq keçirilir


Moskvada “Ədalətli Seçki” tələbilə mitinq keçirilir.

Daxili işlər nazirliyinin məlumatına görə, mitinqdə 15 minə yaxın adam iştirak edir.

Amma təşkilatçılar və müxalifət tərəfdarları iştirakçıların bundan qat-qat artıq olduğunu deyirlər.

Şahidlər isə kütlənin ötən ilin dekabrında Saxarov meydanında keçirilən mitinqdəkindən az olmadığını deyirlər.

Hökumətpərəst qüvvələrin keçirdiyi mitinqdə isə, şəhər polisinin məlumatına görə, 56 min adam iştirak edir.

Bundan əvvəl büdcə təşkilatında çalışanların bu mitinqə çıxmağa məcbur edilməsi barədə məlumatlar verilirdi.

Liberal Demokrat Partiyasının Puşkin meydanında keçirdiyi mitinqdə isə 1000-ə yaxın adam iştirak edib.

Həmçinin şənbə günü Moskvanın Saxarov meydanında ədalətli seçkilərə dəstək məqsədilə alternativ mitinq gözlənilir.
XS
SM
MD
LG