Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:22

Bakıda yaxın iki gündə hava nisbətən mülayimləşəcək


Yaxın 2 gündə əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək.

Temperatur ötən günlərlə müqayisədə 0-2 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında fevralın 5-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 5-8 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Azərbaycanın əksər rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və şərq rayonlarında az qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Gecə 2-7 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 14-19 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. /Ekologiya və Təbii Sərvətlər Nazirliyi/
XS
SM
MD
LG