Keçid linkləri

Təcili xəbərlər

FBİ və Scotland Yardın gizli telefon danışığı hackerlərin əlində


Anonim qrupu elan edir ki, Bosniyanın bütün nazirliklərinin saytlarını sıradan çıxardacaq
Anonim qrupu elan edir ki, Bosniyanın bütün nazirliklərinin saytlarını sıradan çıxardacaq
Anonim adlı haker qrupu FBİ ilə Scotland Yard arasında telefon danışığının səs yazısını yayıb.

Amerikanın Federal Təhqiqat Bürosu (FBİ) təsdiqləyib ki, FBİ –ın və Britaniya polisinin kibercinayətlər üzrə müstəntiqləri arasında internetdəki cinayətkarlıq müzakirə olunurdu və bu telefon danışığına kibercinayətkarlar müdaxilə ediblər.

Anonim qrupunun yaydığı 15 dəqiqəlik telefon danışığında Anonim və digər haker qrupların adları çəkilir, həbslərin vaxtı bildirilir, polisin əlində olan dəlil-sübutlar sadalanır.

Anonim qrupu həmçinin öz e-mailində belə telefon danışıqlarına necə qulaq asmağın detallarını, müstəntiqlərin e-mail ünvanlarını verir.

Ən son yazılan

XS
SM
MD
LG