Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:12

Yaşı 65-i keçən tanınmış aktyorlarla yenidən müqavilə imzalandı


“Mən arzu edərdim ki, Azərbaycanın əsas teatrından yalnız xoş sədalar eşidəsiniz”.

Bu sözləri APA-ya Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Rafiq Əzimov deyib .

Teatrda yalnız yaradıcılıq söhbətləri, gözəl tamaşalardan danışılmasını istədiyini deyən xalq artisti onlarla birillik müqavilə imzalandığını bildirib.

Fevralın 1-də Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov yaşı 65-dən yuxarı olan xalq artistləri ilə müqavilə bağlamaq qərarına gəlib.

Ötən ilin sonunda təqaüdə göndəriləcəyi deyilən 4 xalq artisti – Rafiq Əzimov, Hacı İsmayılov, Ramiz Məlik və Rəfael Dadaşovla növbəti il üçün müqavilə imzalanıb.

Rafael Dadaşov sözügedən sayta açıqlamasında artıq bütün problemlərin arxada qaldığını bildirib: “Şükür, artıq hər şey yaxşıdır və bütün problemlər keçmişdə qalıb. Bizimlə müqavilələr imzalandı və direktorla söhbətimiz də oldu. Bir il müddətində gözəl obrazlarla tamaşaçıları sevindirməyə çalışacağıq. Hələ ki, hər şey yaxşıdır və daha da gözəl olacağına ümid edirik”.

Xəbərdə teatr kollektivinin digər üzvləri ilə də müqavilə imzalanması prosesinin davam etdiriləcəyi vurğulanıb.

Müqavilənin ləngiməsi səbəbi kimi hava şəraitinin uyğunsuzluğu göstərilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG