Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:17

Avropaya gələn Rusiya qazı yenə azalıb


Avropa Komissiyası bildirir ki, havalar rekord səviyyədə soyuduğu vaxt Avropanın 8 ölkəsinə- Avstriya, Bolqarıstan, Yunanıstan, Macarıstan, İtaliya, Polşa, Rumıniya və Slovakiyaya Rusiya qazının gəlməsi azalıb.

Avsriyaya və İtaliyaya gələn qaz 30 və 24 faiz azalıb.

Dünən Qazprom bildirmişdi ki, Avropaya göndərilən qazı artırıb.

Burda yenə şübhələr yaranıb ki, Ukrayna Rusiya qazını oğurlayır.

Ukrayna isə Rusiyanı qaz qıtlığında günahlandırır.
Ukraynanın enerji naziri Yuri Boiko bu gün deyib ki, Qazprom adi vaxtlarda olduğundan 15 faiz az qaz göndərir.

Avropaya gələn Rusiya qazının 80 faizi Ukraynadan keçir.
XS
SM
MD
LG