Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:03

«Gənclərin günü»


Turan İbrahimov
Turan İbrahimov
Gənclər Günündə AzadlıqRadiosunun «İşdən sonra» proqramında gənclər onlar üçün yaradılan şəraitdən danışıblar.

Hakimiyyətin siyasi kursunu dəstəkləyən jurnalist Turan İbrahimov:

«Azərbaycanda gənclərlə bağlı qəbul olunan qanunların, planların icrası ilə bağlı vəziyyət mənim arzuladığım səviyyədə deyil. Amma ümumilikdə götürəndə gənclərlə bağlı siyasəti qənaətbəxş hesab edirəm».

«Azad Gənclik» Təşkilatının sədri Ülvi Həsənli:

«Azərbaycanda hakimiyyətin gənclərlə bağlı hansısa bir konsepsiyası yoxdur. Bəlkə də gəncləri avtoş, meyxanaçı etməklə bağlı hansısa bir konsepsiyaları var. Ancaq normal gəncliyin yetişməsi üçün, normal təhsilin olması üçün Azərbaycanda hakimiyyət heç bir iş görmür».

Turan İbrahimov:

«Mən hazırda iqtidarda olan siyasi qüvvələri onlara alternativ görə bilmədiyim üçün dəstəkləyirəm. Düşünürəm ki, onlar problemləri həll edə bilərlər. Onlardan nəsə tələb edib, prosesləri onların dəyişə biləcəyinə inanıram. Bu gün gənclərin ev problemi var, ipoteka problemi var, pulsuz təhsil alma, iş, məşğulluq problemləri mövcuddur. Mən də deyirəm ki, bu problemləri həll etmək mümkündür».

Ülvi Həsənli:

Ülvi Həsənli
Ülvi Həsənli
«Azərbaycanda ilk növbədə normal təhsil sistemi olmalıdır. Azərbaycanda nə normal təhsil var, nə tələbələrin normal yaşayışı üçün şərait, yataqxanası, kitabxanası var. Üstəgəl təhsil haqqı da olduqca yüksəkdir. Getdikcə tələbə olmaq üçün müraciət edənlərin sayı azalır. Görünür Azərbaycan hakimiyyəti məqsədyönlü siyasət həyata keçirir ki, savadsız bir gənclik yetişsin və heç kim ona etiraz etməsin. Etiraz edənləri də həbs edirlər».

AXCP Rəyasət Heyətinin üzvü Seymur Həziyev:

Seymur Həziyev (Foto: Elmin Həsənli)
Seymur Həziyev (Foto: Elmin Həsənli)
«Azərbaycan gənci kimi mənim sosial təminatımdan danışmaq olmaz. Çünki mən əks düşərgədəyəm və Azərbaycan hakimiyyəti əks düşərgədə olanlara düşmən münasibəti bəsləyir. Sizcə hansısa bank mənə ipoteka krediti verə bilər? Həmin bankın gözünü çıxararlar. Bir siyasi partiyaya qərargah verəni ölkədə həbs edirlərsə, kirayə ev verəni çıxarıb evindən çölə atırlarsa kim ürək edə bilər bizə nəsə etsin?»

«Azərbaycanlı Gənclərin Avropaya İnteqrasiya» Təşkilatının sədri Gülsel Səfərova:

Gülsel Səfərova
Gülsel Səfərova
«Azərbaycan gəncliyinin əksəriyyətində passivlik müşahidə olunur. Bu da qarşıya ötürülən bumeranq top effekti verir. Aktiv gənclik öz fəaliyyəti ilə nəticələnən bir fəaliyyətdə bulunur. Amma passiv daha çox qarşısında duran insanlardan gələn mənfi və ya müsbət emosiyaların nəticəsində öz fəaliyyətini davam etdirir. Bu gün Azərbaycan gəncliyinə yaradılan şəraiti hər kəs görür. Gənclik cəmiyyətin ən aktiv təbəqəsidir. O gözləməməlidir ki, kimsə gəlib ona nəsə verəcək. Hüquqlarını özü tələb etməlidir».

Yazıçı Seymur Baycan:

Seymur Baycan
Seymur Baycan
«Həqiqətlər ölkənin böyük çoxluğuna məlumdur. Ola bilsin ki, bir çox insanlar bunu dilinə gətirməsinlər. Amma biz Azərbaycanda yaşayırıq və reallıqlar bizə məlumdur. Bunlar şərait yaradıblar. Amma özləri üçün şərait yaradıblar. Hərkəs bu şəraitdən yararlana bilmir. Bunlar kadrlar üçündür. Gənclər arasında kəskin fərq qoyulur. Vətəndaş mövqeyi olan gənclər ilə Azərbaycan hakimiyyətinin mövcud siyasətini qəbul edən gənclər arasında bu fərq görünür».

«İrəli» İctimai Birliyinin Baş katibi Rauf Mərdiyev:

Rauf Mərdiyev
Rauf Mərdiyev
«Ötən il qəbul olunmuş 2011-2015 dövlət proqramı və onun müddəalarına baxmaq kifayət edir ki, dövlətin gənclər üçün, gənclərin fəaliyyəti üçün yaratdığı imkanları görək. Yaradılan bu imkanlardan hansı cəbhənin gənci olmasından asılı olmayaraq lazımınca istifadə edə bilər».




Verilişi tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG