Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:17

Oqtay Əsədov AŞPA-nın siyasətini tənqid etdi


Oqtay Əsədov
Oqtay Əsədov
«Siyasi məhbus anlayışı haqda AŞPA-nın hüquqi sənədi olmadan və meyarlar tam müəyyənləşdirilmədən hər hansı bir ölkədə bu məsələ ilə əlaqədar araşdırmaların aparılması əsassızdır».

Bunu fevralın 2-də Milli Məclisin sədri Oqtay Əsədov AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro AgramuntJoseph Grech'lə görüşü zamanı deyib.

Spiker bildirib ki, «Rusiya, Ukrayna, Belarus kimi ölkələrdə mövcud «siyasi məhbus» problemi AŞPA-nın monitorinq proseduru çərçivəsində araşdırılır. Belə olan halda Azərbaycana münasibətdə bu məsələnin Hüquqi işlər və insan haqları komitəsinin mandatına verilməsi qurumun ölkəmizə münasibətdə fərqli siyasət yeritdiyindən xəbər verir».

O.Əsədov hesab edir ki, bu məsələnin araşdırılmasının monitorinq proseduruna qaytarılması ədalətli olardı: «Biz ölkələrə münasibətdə ikili standartların tətbiq olunmasını və mövcud olmayan problemdən təzyiq kimi istifadə cəhdlərini qəbul edə bilmərik».

Məlumatı Milli Məclisin mətbuat xidməti yayıb.
XS
SM
MD
LG