Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:59

45-50 yaşlarında kişi donvurmadan ölüb


Fevralın 3-də Mərdəkan qəsəbəsində bir nəfər donvurmadan ölüb.

Bu barədə AzadlıqRadiosuna Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov məlumat verib:

«Səhər saat təxminən 9-10 radələrində Mərdəkanda körpünün yanında bir nəfərin halının pis olması ilə bağlı bizə müraciət ediblər. Bizim briqada gedib, təxminən 45-50 yaşlarında bir kişini ölmüş görüblər. Kişi yaşayış yeri qeyri-məlum olan «bomj»dur və o, donmuş halda olub».

Mürsəl Həmidov deyir ki, bu, son günlərin kəskin hava şəraiti ilə bağlı yeganə ölüm hadisəsidir. Ümumiyyətlə isə, son günlər stansiyaya yüngül donvurma ilə əlaqədar 3 nəfər müraciət edib və onlar xəstəxanaya çatdırılıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG