Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:08

SOCAR $500 mln. həcmində avrobond yerləşdirib


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) London Fond Birjasında avroistiqrazlar emissiyasını tam həcmdə yerləşdirib.

Bu barədə London Fond Birjasının yaydığı məlumatda deyilir.

Buraxılışın həcmi 500 mln. ABŞ dolları, istiqrazların dövriyyə müddəti 5 il, gəlirliyi illik 5.45% təşkil edir.

Beləliklə, istiqrazların ödəmə tarixi 2017-ci il fevralın 9-na təsadüf edir, faizlərin ödənilməsi isə yarım ildən bir həyata keçiriləcək.

Buraxılışın reytinqi «Moody's» agentliyi tərəfindən «Ba1», «Standard & Poor's» agentliyi tərəfindən «BB+», «Fitch» agentliyi tərəfindən isə «BBB-» səviyyəsində müəyyənləşdirilib. /apa/
XS
SM
MD
LG