Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:49

Qahirədə 400 adam xəsarət alıb


Qahirənin mərkəzində qarşıdurmalar davam edir. Fevralın 1-də Port-Said şəhərində yerli al-Masri klubu ilə Qahirənin al-Ahli klubu arasında keçirilən oyun vaxtı baş verən toqquşma nəticəsində 74 nəfər ölmüşdü. Bundan sonra Qahirədə etiraz nümayişləri keçirilir.

Polislə nümayişçilər arasında baş verən qarşıdurmalarda 400 adam xəsarət alıb. Nümayişçilər hərbi hakimiyyətə qarşı şüarlar səsləndirilər.

Port-Said şəhərində baş verən faciədə ölənlərin çoxu al-Ahli komandasının azarkeşləridir. Bu futbol qrupunun azarkeşləri Hosni Mubarakin istefası ilə nəticələnən etiraz aksiyalarında əsas rol oynayırdılar.

Misirdə 3 günlük matəmdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG