Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:36

Bakıda 66 nəfər sürüşərək travma alıb


Fevralın 2-də Bakıda yolların buzlaşması ilə əlaqədar 66 nəfər sürüşmə nəticəsində müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 60 nəfəri xəstəxanaya çatdırılıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov «Trend»ə bildirib ki, fevralın 2-də təcili yardıma 1239 müraciət daxil olub. Həmin müraciətlər əsasında 204 nəfər xəstəxanaya yerləşdirilib.

Gün ərzində 18 nəfər dəm qazından zəhərlənib, 11 nəfər xəstəxanaya aparılıb. Zəhərlənən 1 yaşlı uşaq isə xəstəxanada ölüb.

Gün ərzində 3 yol qəzası nəticəsində 3 nəfər xəsarət alıb.

Bakıda şaxtalı hava şəraitinin fevralın 5-dək davam edəcəyi proqnozlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG