Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:08

Misir futbol federasiyasının prezidenti işdən kənarlaşdırılıb


Misirin baş naziri Kamal al Ganzuri Port-Səid şəhərində futbol stadionunda 74 adamın ölümüylə nəticələnmiş hərc-mərclikdən sonra milli futbol federasiyasının prezidentini işdən kənarlaşdırıb.

Baş nazir həmçinin yerli qubernator və təhlükəsizlik rəisinin işdən gənarlaşdırıldığını deyib.

Yerli futbol klubunun Qahirədən olan rəqibini məğlub etməsindən sonra azarkeşlər arasında dava düşüb.

Bu yaxınlarda ölkədə keçirilmiş parlament seçkilərində qalib gəlmiş “Müsəlman qardaşları” hərəkatının nümayəndələri hesab edirlər ki, stadionda baş vermiş bu faciə siyasi motivlidir və hərc-mərcliyi keçmiş rejimin tərəfdarları salıb.
XS
SM
MD
LG