Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:25

«Qızıl Ayı» mükafatına namizədlər bəlli olub


Festival rəhbəri Dieter Kosslick
Festival rəhbəri Dieter Kosslick
Tan Erginay

62-ci Berlin Film Festivalında «Qızıl Ayı» üçün yarışacaq 18 filmin adı açıqlanıb
Almaniyanın paytaxtı Berlində 9-19 fevral tarixlərində keçiriləcək olan 62-ci Berlin Film Festivalında (Berlinale) «Qızıl Ayı» üçün yarışacaq 18 filmlərin adı bəlli olub.
Festival rəhbəri Dieter Kosslick mətbuat konfransında bildirib ki, 2007-ci ildə «Qızıl Ayı» qazanmış çinli rejissor Wang Quan'an bu dəfə də şanslı hesab edilir: «Bai lu yuan (Ağ Maral düzənliyi) - Müasir çin ədəbiyyatında mübahisələrə səbəb olmuş əsər əsasında çəkilmiş filmdir».
FİLMLƏRİN SİYAHISI:
Festivalında «Qızıl Ayı» üçün yarışacaq filmlərin siyahısı:
Fransa istehsalı
Rejissor: Frederic Videau
Film: A moi seule
Fransa, Seneqal istehsalı
Rejissor: Alain Gomis
Film: Ajourd'hui
Çin istehsalı
Rejissor: Wang Quan'an
Film: Bai lu yuan
Alman istehsalı
Rejissor:Christian Petzold
Film: Barabara
Fransa, Filippin, Almaniya, İngiltərə istehsalı
Rejissor: Brillante Mendozan
Film: Captive
İtaliya istehsalı
Rejissor: Paolo
Film: Cesare deve morire
Macarıstan, Almaniya, Fransa istehsalı
Rejissor: Benedek Fliegauf
Filmin adı: Csak a szel
İspaniya istehsalı
Rejissor: Antonio Chavarrias
Filmin adı: Dictado
Qızıl ayı
Qızıl ayı
Danimarka, Çexiya, İsveç, Almaniya istehsalı
Rejissor: Nikolaj Arcel
Filmin adı: A Royal Affair
Almaniya, Norveç istehsalı
Rejissor: Jürgen Vogel
Filmin adı: Gnade
Rusiya, ABŞ istehsalı
Rejissor: Billy Bob Thornton
Filmin adı: Jayne Mansfield's Car
İndoneziya, Almaniya, Hong Kong, Çin istehsalı
Rejissor: Edwin
Filmin adı: Postcard From The Zoo
İsveç, Fransa istehsalı
Rejissor: Ursula Meier
Filmin adı: L'enfant d'en haut
Fransa, İspaniya istehsalı
Rejissor: Benoit Jacquot
Filmin adı: Les adieux a la Reine
Almaniya, Yunanıstan istehsalı
Rejissor: Spiros Stathoulopoulos
Filmin adı: Meteora
Kanada istehsalı
Rejissor: Kim Nguyen
Filmin adı: Rebelle
Portuqaliya, Almaniya, Braziliya, Fransa istehsalı
Rejissor: Teresa Madruga
Filmin adı: Tabu
Almaniya istehsalı
Rejissor: Hans-Christian Schmid
Filmin adı: Was bleibt
Cəmi 67 ölkədən 395 filmin göstəriləcəyi festival, 9 Fevral «Les adieux a la Reine» adlı film ilə başlayacaq.

Berlin festivalı 62 ildir keçirilir və dünyada ən çox insanın qatıldığı film festivalıdır. Ümumiyyətlə, Berlin ərazicə Avropanın mərkəzində yerləşməklə yanaşı həm də qitənin mədəni mərkəzlərindən biridir.

Son illərdə festivalda Şərq ölkələrinin filmləri daha tez-tez mükafatlara iddia edir.

Məsələn, keçən il festivalda İran istehsalı olan “Ayrılıq” filmi böyük uğur qazanmışdı.

Bu il isə son mərhələyə yüksələ bilməsə də, azərbaycanlı Tahir Əliyevin prodüsserlik etdiyi “Gözləyən qadın” filmi ilk mərhələdə 4300 film arasında seçilib.

Tahir Əliyev həm də “Eurovision-2012” mahnı müsabiqəsinin İctimai Televiziyanın Əsas İşçi Qrupunda Nümayəndə heyəti Meneceri və prodüser vəzifəsində çalışır

APA agentliyi yazır ki, “Gözləyən qadın” filmi Avropanın və Finlandiyanın bir neçə film fondlarından, European Documentary Network (EDN) Avropa Sənədli Filmlər Şəbəkəsindən və İtaliyanın Turin şəhərində keçirilən “Documentary in Europe” forumu tərəfindən çox böyük dəstək alıb. Son 7 ildə Tahir Əliyev 40-a yaxın sənədli filmin prodüseri olub.


Nizami Kinoteatrı
Nizami Kinoteatrı
Bu, Azərbaycan kinosunun beynəlxalq arenada nadir addımlarından deyil.

Bir neçə həftə qabaq İlqar Safatın “Sahə” filmi Hindistanda keçirilən 10-cu «Pune International» Film Festivalında müsabiqə proqramına daxil edimişdi.

Hazırda Rotterdam film festivalında isveçrəli rejissor Eileen Hoferin Azərbaycanda çəkdiyi “O, qəhvəyi gözlü nəhəng idi” filmi də nümayiş etdirilir.

Film valideynləri boşanmaq istəyən iki qız haqqındadır.

Azərbaycan kinomatoqrafiya sahəsinə az para yatırmır. Bununla bağlı daha bir vacib hadisə bu yaxınlarda Bakının mərkəzindəki “Nizami” kinoteatrının yenidən qurulmadan sonra açılışı oldu.

Ötən ayın sonunda isə Azərbaycanda qısa filmlər festivalı keçirildi.

Azərbaycan Yeni ilə kino sahəsində iri addımla başlayıb.

Bu, ölkədə kinomatoqrafiyanın gələcəyinə ümidlə baxmağa imkan verir.

Tan Erginay
“Oxu zalı” üçün Praqadan
XS
SM
MD
LG