Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:07

Nobel mükafatlı yazar vəfat etdi


 Wislawa Szymborska
Wislawa Szymborska
Nobel mükafatlı polyak şairəsi Vislava Şimborska (Wislawa Szymborska) 88 yaşında vəfat edib.

Köməkçisinin bildirdiyinə görə, şairə Krakovdakı evində - yuxuda dünyasını dəyişib.

Şimborska 1923-cü il iyulun 2-də Bnin şəhərində anadan olub.

O, 30-dan çox şeir kitabının müəllifidir. Onun ilk şeir kitabı 1952-ci ildə çap edilib.

Şimborska həm də fransız yazarların əsərlərinin polyak dilinə çevrilməsi ilə məşğul idi.

1996-cı ildə Nobel mükafatına layiq görülüb: “tarixi və bioloji hadisələri bəşəri reallıq kontekstində son dərəcə dəqiq şəkildə təsvir edən poeziyasına görə”



VİSLAVA ŞİMBORSKA


QƏFİL GÖRÜŞ


Duz /Sol (1962) kitabından


Necə mehribandıq bir-birimizlə,
uzun illərdən sonra baş tutan xoş bir görüşdə.

Bizim pələnglər süd içir.
Bizim qırğılar uçmağı unudub.
Bizim köpək balıqları suda batır.
Bizim canavarlar açıq qəfəsin qarşısında əsnəyir.

Bizim əjdahalar şimşəklərdən silkələnib,
meymunlar ruhdan düşüb, tovuz quşlarının lələkləri yox olub, itib.
Və nə zamandı yarasalar da toxunmur saçımıza.

Söhbətin yarısında susuruq.
Heç rişxənd də xilas edə bilmir bizi.
Danışmağı unudub
bizim adamlar.


Tərcümə: Rafail Tağızadə, Yelena Karetina
Azərbaycanca çap edilmiş “Qəfil görüş” müasir polyak şeiri antologiyasından
XS
SM
MD
LG