Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:23

Filippində terrorçu qruplaşmanın 3 lideri öldürülüb


Filippinin Holo adasında hərbçilərin keçirdiyi əməliyyat nəticəsində “Əl-Qaidə” ilə bağlı olan “Abu Sayyaf” və “Jemaa-İslamiyya” qruplaşmasının 3 lideri və 15 yaraqlı öldürülüb.

Öldürülənlər arasında səhra komandiri Zulkifli bin Abdul Hir də var. Amerika onun başına 5 milyon dollar qoymuşdu. O, “Jemaa-İslamiyya”nın Malaziyadakı qruplaşmasına başçılıq edirdi. Bu təşkilat bir sıra iri terror aktlarına görə cavabdehliyi üstünə götürmüşdü.
XS
SM
MD
LG