Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:15

Uçuşlar yubanır


Hava şəraiti ilə əlaqədar Bakı Aeroportunda bir sıra yerli və xarici aviareyslərdə yubanmalar yaranıb.

«AzAL»ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli AzadlıqRadiosuna bildirib ki, perron, uçuş zolaqları təmizlənib, təyyarələr uçuşa hazırdır:

«Gözləyirik ki, icazə verilsin, təyyarə qalxsın. İstanbul, Praqa, Kiyev və başqa reyslər hazırda gözləyirlər. Daxili reyslərdən Naxçıvan və Gəncə uçmayıb. Bunlar səhər uçmalı idilər. Sadəcə, görüntü olmadığı üçün bir az gecikirlər».

M.Səfərli deyir ki, səhər saatlarında Moskva, Nijni-Novqorod və Aberdin şəhərlərinə uçuşlar həyata keçirilib. Eləcə də Tehran-Bakı reysi qəbul edilib.

Növbəti uçuşların vaxtı isə hava şəraitindən asılı olacaq.
XS
SM
MD
LG