Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:38

Misirdə azarkeşlər arasındakı qanlı toqquşmada 74 nəfər ölüb


Misirdə fevralın 1-də Port-Said şəhər stadionunda baş verən toqquşma nəticəsində 74 nəfər ölüb. Çoxlu yaralı var. Ölkədə matəm elan olunub.

Toqquşma Port-Said şəhərinin al-Masri klubu ilə Qahirənin al-Ahli klubu arasında keçirilən oyun vaxtı olub.

Yerli komanda 3:1 hesabı ilə qalib gəlirmiş. Oyun arasındakı fasilədə hər iki komandanın azarkeşləri arasında qanlı toqquşma olub. Adamların çoxu tribunaların çıxışına doğru axışanda basabasda ölüb.

Hərbi hökumətin rəhbərliyi bildirib ki, Misirdə qeyri-sabitlik istəyənlər buna nail ola bilməyəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG