Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:03

Barış Mançonun yoxluğundan 13 il keçdi…


''Könlüm bu evdə yaşamaq istərdi. Fəqət bütün xalqa məxsus olan birinin evinin muzey olması sevənləri tərəfindən də arzulanan bir şey olsun gərək”

Bu sözləri ötən gün əfsanəvi sənətçi Barış Mançonun anım gecəsində oğlu Doğukan Manço söyləyib.

Təkcə Türkiyədə deyil, Azərbaycanda da “Barış abi” kimi tanınıb-sevilən ünlü sənətçi – türk pop musiqisinin yaradıcılarından sayılan Barış Mançonun ölümündən 13 il keçir.



Dünən Barış Abinin İstanbul-Modadakı indi muzeyə çevrilmiş evində bir anma gecəsi düzənlənib.

Barış Mançonun öğlanları—Doğukan və Batıkanın, həmçinin Barışsevərlərin yığışdığı gecədə Barış Abinin sevilən mahnıları səslənib.

Mahnıları Doğukan və Batıkan gitara ilə oxuyublar. Sevənlər də onlara qoşulub.

Barış Mançonun Modadakı evində onun bəstələrini yazdığı piano, xaricdən gətirdiyi saysız-hesabsız süvenirlər, aksessuarlar, səhnə kostyumları, öz çəkdiyi tablolar, hətta mahnılarının heykələ dönmüş qəhrəmanları sərgilənir.

Bu il saydıqlarıma bir eksponat da əlavə olunub. 34 BM 777 nömrə nişanlı avtomobili də tam işlək vəziyyətdə muzeyin önünə gətirilib.
Oğulları atalarının “yeri doldurulmayacaq bir sənətçi” olduğunu vurğulayıblar. Və müğənninin əsərlərinin, xatirəsinin yaşadılmağından xoşbəxtlik duyduqlarını bildiriblər.

Türk mediası Barış Mançonu anma tədbirlərinin fevralın 10-dək davam edəcəyini yazır.

Xatırladaq ki, bu böyük sənətçi din və dil, irq və cins, zəngin və yoxsul fərqi bilmədən, özəlliklə dünya uşaqlarının sevimlisinə çevrilə bilmişdi.

ABŞ, yaxud Yaponiyaya, Fransa, yaxud Almaniyaya, Pakistan, yaxud Hindistana – hara olursa-olsun, barış nəğmələri daşıyan Mançonun Azərbaycan yanğısı da vardı.

Vaxtilə onunla şəxsi dostluğu və yaradıcı işbirliyi olan telemenecer və sənətşünas Etibar Babayev Barış Mançonun mədəni dialoq və Azərbaycan mədəniyyəti haqqında fikirlərini “Azadlıq” radiosunun dinləyiciləri ilə bölüşüb.

İndi sizə təqdim etdiyimiz “İz” proqramında “Barış abi”nin unudulmaz mahnılarından parçalar və Etibar Babayevlə söhbətlərindən aktual fraqmentlər də səslənir.

Bu “İz”i qaçırmayın.

DİNLƏ

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG