Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:35

Bakıda 30 avtomobil toqquşub


Arxiv foto
Arxiv foto
Bakıda 30 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Hadisə bu gün axşam saatlarında Xarici Dairəvi Yolda, Beynəlxalq Avtovağzalın yaxınlığında qeydə alınıb. Yolların buz bağlaması nəticəsində 30-a yaxın avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Qəza zamanı xəsarət alan olmayıb.
Bakı Şəhər Dövlət Yol Polisindən bildirilib ki, paytaxtın müxtəlif yolları artıq buz bağlayıb. Sürücülərdən ehtiyatlı olmaları xahiş olunur.
XS
SM
MD
LG