Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:04

Londonda Allaha inanmayanlar üçün mərkəz salına bilər

Britaniya paytaxtında ateistlər üçün xüsusi məbəd tikilməsi haqda təklifin müzakirəsi başlanılıb. Əgər layihə təsdiqlənsə, onda London mərkəzində 50 metr hündürlüyündə qara bina – ateizm qülləsi salınacaq.
“The Guardian” yazır ki, bu təklif ingilis yazıçı və filosofu Allen de Botton tərəfindən irəli sürülüb.

DİNSİZLƏR ÜÇÜN MƏBƏDƏ EHTİYAC VAR

“Hər dinin özünün xüsusi binaları var ki, orda onlar özlərini evdəki kimi hiss edirlər. Amma dinsizlərə həsr edilən hansısa bir sənət əsəri, məbəd yoxdur”.

Bu “haqsızlığı” aradan qaldırmaq üçün filosof London şəhər rəhbərliyinə təklif edib ki, ateizm məbədi tiksinlər. De Botton hətta layihə üçün arxitektor da tapıb. Onlar birlikdə heç nəyə inanmayan insanlar üçün inanc yeri sayılacaq binanın eskizlərini də hazırlayıblar.

Layihəyə görə, bu, hündürlüyü 46 metr olan qüllə şəklində hazırlanacaq. Hündürlüyü artdıqca, qüllənin diametri daralacaq. Bu da planetin 300 milyon illik təkamülünü simvolizə edəcək. Məbədin üst hissəsi isə insan DNT-ni xatırladan ikiləşən kod şəklində olacaq.

ATEİZMİ AZ QALA SATANİZMLƏ EYNİLƏŞDİRİBLƏR

Allen De Botton deyir ki, heç bir dinə qarşı nifrət hissi yoxdur. Həm də əgər məbəd tikilsə, onlar öz mövqelərini “dünyaya yeganə düzgün baxış” kimi qiymətləndirməyəcəklər. Filosof hesab edir ki, son illər konservativ KİV-lər ateizmi çox pis qələmə veriblər, hətta onu az qala satanizmlə eyniləşdiriblər.

Digər ingilis filosofu Riçard Dokinz isə həmkarının fikirlərini bölüşdürmür. Onun fikrincə belə gir məbədin tikintisi pul və vaxt itkisi demək olacaq.

AXMAQ ART-OBYEKT ƏVƏZİNƏ MƏKTƏB TİKSİNLƏR

“Əgər layihə müəllifləri dünyaya elmi baxışı açıqlamaq istəyirlərsə, axmaq art-obyektlər tikməkdənsə, məktəblər açsalar, daha yaxşı olardı”.

Şəhər rəhbərliyi bu qüllənin tikintisinə icazə versə, onun bünövrəsi artıq gələn il London mərkəzində qoyulacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG