Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:12

Alman turistləri qəzaya uğrayan kruiz gəmisinin kapitandan təzminat istəyir


19 alman turisti ötən ay İtaliyada qəzaya uğrayan Costa Concordia kruiz gəmisinin kapitanını məhkəməyə verirlər.

Onların vəkili Hans Reinhardt deyib ki, kapitan Franscesco Schettino-nun məsuliyyətsizliyi müvəkkillərinin həyatını təhlükəyə atıb, və qəza zamanı yardıma ehtiyacı olanları kömək etməyib və başqa vəzifələrinin öhdəsindən gəlməyib deyə, kapitandan və kruiz şirkətindən təzminat tələb edirlər.

Costa Concordia yanvarın 13-də Toskaniya sahillərində qəzaya uğramışdı. Göyərtədəki 4 min nəfərdən azı 17-si ölüb. Gəmi kapitanı isə hazırda ev həbsindədir.
XS
SM
MD
LG