Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:21
Brodveydə dünya kinosunun əfsanəsi Çarli Çaplinin həyat və yaradıcılığından bəhs edən müzikl səhnələşdiriləcək.

Bu barədə The New York Times məlumat yayıb.

Xəbərdə "Becoming Chaplin" adlanacaq müziklin 2012-2013-cü illər mövsümündə göstəriləcəyi bildirilir.

Müziklin əsasında 2010-cu ildə Kaliforniya Universiteti nəzdindəki teatrda quruluş verilən “Səhnə işıqları” tamaşası durur.

Məlum olduğu kimi, bu adda filmi Çarli Çaplin 1952-ci ildə çəkmişdi.

Xəbərdə müzikl üçün aktyor seçiminin hələ başlamadığı bildirilir.

Müziklin hansı teatrda göstəriləcəyi də dəqiqləşməyib.

Layihənin prodüserliyini Bob və Mayndi Riçlərin, həmçinin Con və Kler Koudvellərin edəcəkləri deyilir.

Hazırda onlar “İsa Məsih Superulduz” müziklinin yeni Brodvey versiyasının prodüserləridir.

Lloyd Uebberin həmin müziklinin premyerası bu il martın 22-də olacaq.

“Səhnə İşıqları”nın musiqisini və şeirlərini bəstəkar Kristofer Kertisin yazdığı, yazıçı Tomas Muxanın isə həmmüəlliflik etdiyi bildirilir.

Tomas Muxan son illər populyarlaşan “Enni” və “Saç boyası” müzikllərinin müəllifidir.

Xatırladaq ki, əfsanəvi ingilis kino rejissoru, aktyoru və yazıçısı Çarli Çaplin (Charles Spencer Chaplin) 1889-cu ilin aprelin 16-da Londonda doğulub, 1977-ci il dekabrın 25-də 88 yaşında İsveçrədə yuxudaca dünyasını dəyişib.

Maraqlı və qalmaqallı ömür yaşayıb.

Çarli Çaplinin kino tarixində rolu əvəzedilməzdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG