Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:47

5 rayonun polis rəisi dəyişdirilib


Azərbaycanda daha bir neçə rayonun polis rəisi dəyişdirilib.

Daxili İşlər naziri Ramil Usubovun əmri ilə

Ağcabədi rayon Polis Şöbəsinin (RPŞ) rəisi Təhmasib İbrahimov Beyləqan RPŞ-yə,

Yardımlı RPŞ-nin rəisi Şamil Seyidli Ağcabədi RPŞ-yə,

Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Fəqan Azadəliyev Yardımlı RPŞ-yə,

Gədəbəy RPŞ-nin rəisi Şirzad Əsgərov Göygöl RPŞ-ə,

Göygöl RPŞ-nin rəisi Məhərrəm Quliyev isə Gədəbəy RPŞ-yə rəis təyin ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG