Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:17

Xalq artisti teatr haqda tənqidlərə etiraz etməyə gəlir


Yasin Garayev

Yasin Garayev

Fevralın 2-də saat 12 05-də Azadlıq Radiosunun “Pen klub” proqramında teatr debatı davam edəcək.

Proqramda Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Yasin Qarayev də iştirak edəcək.

PROQRAMI CANLI DİNLƏ

İki həftə qabaq Gənc Tamaşaçılar Teatrının aktyoru İlqar Cahangirov Azadlıq Radiosunun “Pen klub” proqramındakı “Ciddi teatr islahatı, yoxsa yaxşı aktyorların işdən qovulması” mövzusunda debatda çalışdığı teatrdakı vəziyyəti sərt tənqid etmiş, hətta “Hansı qapını açırsan, Əliyevin 5-6 portretidir” - demişdi.

Həmin proqrama teatrın baş rejissoru Cənnət Səlimova da gəlməyə razılıq vermiş, amma son anda işinin çoxluğunu əsas gətirərək debata qatıla bilməyəcəyini demişdi.

Proqramdan sonra Gənc Tamaşaçılar Teatrının üç əməkdaşı, o cümlədən xalq artisti Yasin Qarayev redaksiyamıza zəng edərək İlqar Cahangirovun dediklərinə etirazlarını bildirdilər.

Biz də onları fikirlərini gəlib efirdə bldirməyə dəvət etdik.

PROQRAMA CANLI BAX


Streaming Live by Ustream
XS
SM
MD
LG