Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:14

NATO: “Pakistan Talibana kömək edir”


NATO-nun gizli hesabatında əks olunub ki, Pakistanın kəşfiyyat orqanları Əfqanıstandakı xarici qoşunlara qarşı hücumların istiqamətləndirilməsində Talibana yardım edir.

BBC və Londonun "The Times" qəzeti hesabata istinad edərək bildiriblər ki, Taliban liderlərinin yeri Pakistan rəhbərliyinə məlumdur.

Sənəddə o da qeyd olunub ki, Taliban NATO qoşunları 2014-cü ildə Əfqanıstandan çıxarılandan sonra bu ölkəni nəzarət altına ala biləcəyini güman edir.

Pakistan Xarici İşlər Nazirliyi bu məlumatları rədd edib, bildirib ki, onlar Əfqanıstanın işlərinə qarışmaq niyyətləri yoxdur.

Gizli sənəd əsir götürülmüş bir neçə min Taliban və Əl-Qaidə üzvlərinin sorğu-sual zamanı verdikləri cavablar əsasında hazırlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG