Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:03

Şaxtada titrəyən Bakı, utancverici müavinətlər və mətbuatda milli mənafe


Mətbuat icmalı

Mətbuat icmalı

«Azadlıq» qəzeti «Milyonçu ölkənin ac balaları»ndan yazır: «Hər yeni doğulan uşağa Azərbaycanda 75 manat müavinət verilir». Müəllif daha sonra ərəb ölkələri ilə müqayisə aparır: «Ərəblərlə müqayisə utancvericidir. Azərbaycandan fərqli olaraq neft ölkələrində uşaqlara verilən müavinətlər olduqca yüksəkdir. Məsələn, Tunisdə 400 dollardan aşağı müavinət yoxdur. Liviyada hər doğulan uşağa dövlət 7000 dollar pul ödəyir. Birləşmiş Ərəb Əmirliyi isə bu sahədə dünyada hamıdan öndədir. Bu ölkədə 20 min dollardan aşağı müavinət yoxdur…».

«Bizim yol» qəzeti isə «Şaxtada titrəyən Bakı»dan yazır: «Günəşdə gizlənən «analoqsuz problemlər» qarda əriyərək üzə çıxdı. Paytaxt küçələri buz bağladı, sular kəsildi, qaz zəiflədi…».

«Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov «Mətbuat və milli mənafe» başlıqlı məqalədə yazıb: «Azərbaycanda heç kim siyasi əqidəsinə və siyasi fəaliyyətinə görə məhbəsə atılmır! «Ermənilərdən muzd alaraq, onlarla konyak içə-içə Qarabağ problemini həll etmək» istəyən xəyanətkarlardan, orduda xidmətdən boyun qaçıranlardan, xuliqanlıq hərəkətləri törədərək xüsusi və dövlət mülkiyyətinə ziyan vuranlardan, qanun nümayəndələrinə müqavimət göstərərək asayişi pozanlardan «tərtib olunan» «siyasi məhbus» «siyahıları» yalnız bədxahlarımızın əlinə dəstəvuz vermək cəhdindən başqa bir şey deyil! Həm də milli maraqlara zərbədir…».

«Zerkalo» qəzetinin yazdığına görə, Azərbaycanda insan alveri qurbanı olan uşaqlarla bağlı dövlət proqramı hazırlanır. Məqsəd bu uşaqların təhsilini davam etdirmələrinə yardım göstərmək, sosial dəstək vermək və cəmiyyətə qaytarmaqdır. Sənədi Ailə, qadın və uşaq Dövlət Komitəsi hazırlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG