Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:00

Gəncədə bazar yanıb


Foto: Arxiv
Foto: Arxiv
Gəncədə Mərkəzi Bazar yanıb.

Hadisə yanvarın 31-dən fevralın 1-nə keçən gecə, saat 3-4 radələrində baş verib.

Yanğın 15 min kvadrat metr ərazisi olan bazarın 2400 kvadrat metrlik hissəsində olub. Nəticədə bu ərazidəki 200-dən artıq mağazadan 146-sı tamam yanıb. Mağaza sahibləri ordan heç nə çıxara bilməyiblər. Amma 82 mağazanı xilas etmək mümkün olub.

Məlumatı AzadlıqRadiosuna Gəncə şəhər Yanğından Mühafizə İdarəsi verib.

Ölən və ya yaralanan yoxdur.

Hadisənin baş vermə səbəbi bəlli deyil. İndilik araşdırma aparılır. İlkin ehtimala görə, yanğına səbəb elektrik enerjisindəki qısa qapanmadır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG