Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:18

Magistraturaya ərizə qəbulu başlayır


Fevralın 8-də Azərbaycanda magistraturaya ərizə qəbulu başlayacaq.

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Magistratura şöbəsinin müdiri Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Bakalavrlar “bakalavrın elektron ərizə forması”nı fevralın 8-dən 16-dək olan müddətdə dolduraraq fevralın 8-dən 17-dək şənbə və bazar günləri istisna olmaqla, saat 9-dan 17-dək təsdiq etdirməlidirlər.

N. Əliyev onu da deyib ki, magistraturaya ilk imtahan fevralın 26-da keçiriləcək.

İmtahanlar test üsulu ilə iki mərhələdə olacaq. Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı 1 balla qiymətləndiriləcək. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG