Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:18

Yenə qar yağacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 1-də Bakıda və Abşeron yarımadasında gündüz saatlarında hava şəraitinin qısa müddətə mülayimləşəcəyi, temperaturun müsbət 4-6 dərəcə təşkil edəcəyi proqnozlaşdırılır.

Axşamdan başlayaraq şimal-qərb küləyi əsəcək, gecə arabir güclənəcək, temperatur 0 dərəcəyə yaxınlaşacaq, bəzi yerlərdə sulu qar, qar yağacaq.

Azərbaycanın rayonlarına gəlincə, fevralın 1-də fasilələrlə yağıntı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 11-16, gündüz 0-5 dərəcə şaxta olacaq. Yolların buz bağlayacağı proqnozlaşdırılır.
XS
SM
MD
LG