Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:05

Hidayət Orucov:" Azərbaycan dünyaya dini tolerantlıq nümunəsi ixrac edə bilər"


Hidayət Orucov

Hidayət Orucov

Azərbaycan dünyaya yalnız neft deyil, özünün milli-dini tolerantlıq nümunəsini ixrac edə bilər.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşündə deyib.

Hidayət Orucov bildirib ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, insanların inanclarına hörmət və qayğı dövlətin din siyasətinin təməlini təşkil edir.

Amma təəssüf ki, bəzi beynəlxalq hüquq təşkilatları və dövlətlərin hesabatlarında ölkə barədə qeyri-obyektiv qeydlərə rast gəlinir-deyə o vurğulayıb.

Koray Tarqay isə bildirib ki, ATƏT-in Bakı ofisi Azərbaycanla bağlı dini məlumatların obyektiv araşdırıldıqdan sonra hesabatlara salınmasının tərəfdarıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG