Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:20

H.Orucov: «Azərbaycan dünyaya milli-dini tolerantlıq nümunəsini ixrac edə bilər»


Arxiv foto

Arxiv foto

«Azərbaycan dünyaya yalnız neft deyil, özünün milli-dini tolerantlıq nümunəsini ixrac edə bilər».

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşündə deyib. Məlumatı çərşənbə axşamı Dövlət Komitəsinin mətbuat xidməti yayıb:
«Ölkəmizdə həmişə bütün dinlərə və onların mənsublarına hörmətlə yanaşılıb, dindarların ibadətlərini layiqincə yerinə yetirmələri üçün hər cür şərait yaradılıb. Azərbaycan dünyaya yalnız neft deyil, özünün milli-dini tolerantlıq nümunəsini ixrac edə bilər».
Komitə sədri bildirib ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, insanların inanclarına hörmət və qayğı dövlətin din siyasətinin təməlini təşkil edir.
Dövlət Komitəsinin sədri təəssüflə bildirib ki, bəzi beynəlxalq hüquq təşkilatlarının və dövlətlərin hesabatlarında ölkəmiz barədə obyektivliyə söykənməyən qeydlərə rast gəlinir.

Bunun səbəbini məlumatların dəqiqləşdirilmədən, ətraflı öyrənilmədən sənədə daxil edilməsində görən Hidayət Orucov bildirib ki, Azərbaycan dövləti baş verənlərin dünyaya olduğu kimi çatdırılmasını arzulayır: «Ölkəmiz din sahəsi ilə bağlı araşdırma aparan beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman hazırdır».
Tarqay bildirib ki, ATƏT-in Bakı ofisi ölkənin din sahəsi ilə bağlı məlumatların obyektiv öyrənildikdən sonra hesabatlara daxil edilməsinin tərəfdarıdır:
«Belə məqamlarda cəmiyyətdə vəhdətin olması vacib şərtdir və mən burada müxtəlif dinlərin, millətlərin nümayəndələrinin mehriban qonşuluq şəraitində yaşadığını müşahidə edirəm».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG