Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:18

Daşqın qurbanı şikayətini prezidentə şeirlə yazdı


Prezident İlham Əliyev Kür daşqını ilə bağlı iclasda çıxış edir, 7 may, 2010
Prezident İlham Əliyev Kür daşqını ilə bağlı iclasda çıxış edir, 7 may, 2010
Eşit məni cənab prezident,
Ola bilmirəm istəyimə nail,
Dərd, kədər məni edib şair.
Elə qanun tətbiq olunur ölkədə,
Belə getsə kasıb öləcək bəlkə də...
Müstəqil ölkə yarandı bizdə,
İş tapılmır, millət qalıbdır düzdə.
Kasıb canına edə bilmir müalicə
İmkanlılar kefə gedir xaricə...


Bu misralar 2010-cu ilin Kür daşqınında evi qəzalı vəziyyətə düşmüş Saatlı sakini Mirabad Rzayevin prezident İlham Əliyevə yazdığı məktubdandır.

O məktubda qeyd edir ki, “Hazırda öz ailəmlə uçuq, qəzalı olan evimdə yaşayıram ki, bu evin də hər an uçmaq təhlükəsi var. Haqqımı tələb etdiyimə görə məni milli təhlükəsizlik orqanları ilə hədələyirlər. Xahiş edirəm məni qəbul edin və dinləyin”.

Mirabad Rzayev Saatlı rayonun Novruzlu kəndində yaşayır. O, prezidentə məktubunun bir surətini də “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına göndərib:

“3 uşaq atasıyam, 2 oğlum ləyaqətlə hərbi xidmətini başa vurub, qızım da ailəlidir:

Mən öz övladlarımın keçirdiyi həyat tərzinə baxanda bir daha əmin oluram ki, Hollivuldda Tarzan filmində çəkilmiş meymun qədər də bizim hərbidən gələn balalarımıza qiymət verilmir. Çünki Saatlı rayonunun Novruzlu kəndində elə bir İcra nümayəndəsi peyda olub ki, bizi bütün dövlət qayğılarından məhrum edib və bizim kimi sadə insanları dövlətlə üz- üzə qoyub. Çünki sel daşqınlarından sonra Yeni Novruzlu qəsəbəsi salınarkən təsərrüfat sayına görə ev paylanmasına baxmayaraq mənim 2 övladımın heç birinə ev verilmədi. Halbuki, mənim oğlum evlər paylanmamışdan öncə ailə həyatı qurmuş və ayrı təsərrüfat idi. Təəssüf ki, bunlar nəzərə alınmadı və bizə qarşı ədalətsizlik, ayrı seçkilik edildi. Çünki yerli icra nümayəndəsinin mənimlə münaqişəsi olduğuna görə mənə olan qisasını oğlumdan alır”.

Bir surəti də Azadlıq Radiosuna göndərilən məktubu müxbirlərimiz araşdırmağa çalışacaq.

“Kür” Vətəndaş Cəmiyyəti qeyd edir ki, havaların kəskin pisləşməsi hər yerdə olduğu kimi 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınları bölgəsində yaşayan insanlara da əlavə problemlər gətirib.

“Evi qəzalı olan və ya ümumiyyətlə evi olmayan insanlar üçün bu problemlər ikiqat çətinliklər yaradır.

Son bir neçə gündə Aran bölgəsindən aidiyyatı dövlət qurumlarına, eləcə də dövlət başçısına ünvanlanan məktubların sayı artıb”.
XS
SM
MD
LG