Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:10

Dəməşq ətrafında döyüşlər gedir


Fəallar deyirlər ki, Suriya qüvvələri Dəməşq ətrafındakı müqaviməti qırmağa cəhd göstərir. Hökumət əleyhinə olan qüvvələr paytaxt yaxınlığına qədər irəliləyə bilirlər.

Bu gün BMT-nin Təhlükəsizlik Şurasında Ərəb Dövlətləri Liqasının Suriya ilə bağlı planı müzakirə olunacaq. Plana görə, Bashar al-Assad hakimiyyəti vitse-prezidentə verməli və müxalifətin iştirakı ilə milli hökumət qurulmalıdır.

ABŞ və Avropa dövlətləri bu planı dəstəkləyir, Rusiya və Çin isə hələlik buna etiraz edirlər. BMT-nin Təhlükəsizlik Şurasında daimi olmayan üzv statusunda çıxış edən Azərbaycan da bu planı dəstəkləyəcəyini bəyan edib.
XS
SM
MD
LG