Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:19

Futbolçu Thierry Henry`nin namaz şəkli rekord qırır


Bu şəkil sosial şəbəkələrdə baxılma sayına görə rekord qırır
Bu şəkil sosial şəbəkələrdə baxılma sayına görə rekord qırır

Sosial şəbəkələrdə futbolçunun idmançı uşaqlara namaz öyrədərkən çəkilən fotosu yayılıb

Fransız futbolçusu Thierry Henry namaz vaxtı çəkilən şəkli sosial şəbəkələrdə baxılma reytinqinə görə rekord qırmaqdadır. Bu fotoda çoxsaylı mükafat və titulların sahibi olan dünya şöhrətli futbolçu idman məktəbində şagirdlərinə namaz öyrədərkən təsvir olunub .

Henry 2006-cı ildən etibarən İslama gəlib. “Al jazeera” kanalına verdiyi müsahibədə idmançı bildirib ki, onda dostları Eric Abidal və Franck Ribery bu dinə maraq oyadıblar:

“Onlarla söhbət edərkən mən özünü İslama yaxın hiss etdim və bütün qəlbimlə bu dinə bağlandım. İslam mənim üçün hər şeydən üstün oldu”.

İslama üz tutandan sonra Henry hər dəfə qol vurandan sonra səcdə edir.

Qeyd edək ki, sosial şəbəkələrdə həmçinin “Barcelona” klubunun üzvü, Fransa yığmasının əsas oyunçusu Eric Abidalın Quran oxuyan zaman şəkli də çox populyardır. Abidal səfərə çıxanda heç vaxt Qurani-Kərimi yanından əksik etmir.
XS
SM
MD
LG