Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:18
Venesuela hökuməti ABŞ və Avropa banklarında saxlanılan qızıl ehtiyatının ölkəyə qaytarılması əməliyyatının başa çatdığını bildirib.

Associated Pressin məlumatına görə, Venesuela Mərkəzi Bankının sədri Nelson Merentes bildirib ki, əməliyyat 2011-ci ilin noyabr ayından başlayıb və ümumilikdə ölkəyə 9 mlrd. dollar dəyərində olan 176 ton qiymətli metal qaytarılıb.

Venesuelaya qaytarılan qızıl ehtiyatı Mərkəzi Bankda yerləşdirilib.

Prezident Hugo Chaves 2011-ci ilin avqustunda elan etdiyi bu qərarını Venesuelanı Avropa və ABŞ iqtisadiyyatlarındakı mümkün problemlərdən müdafiə etmək zərurəti ilə əsaslandırmışdı.
Ancaq o, xarici banklarda ölkənin 233 ton qiymətli metalının olduğunu demişdi.
Mərkəzi Bankın sədri Nelson Merentes rəqəmlərdəki fərqi izah etməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG