Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:15

Hərbi xidmət əlili mənzil istəyir


Foto: Arxiv
Foto: Arxiv
Ağstafa rayonunun Tatlı kənd sakini Səxavət Əsgərov AzadlıqRadiosunun «Qaynar xətt»inə evsizlikdən şikayət edib. Deyir, 2006-cı ildə cəbhə xəttində hərbi xidmətdə olarkən minaya düşüb. Nəticədə bir ayağını itirib:

«İstəyirəm köməklik etsinlər. Ağstafanın İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişəm, deyiblər ki, sənə ev düşmür. İkiotaqlı darısqal evdə valideynlərimlə və digər ailə üzvlərimlə şəraitsiz vəziyyətdə yaşayırıq».

Səxavət Əsgərov deyir ki, 25 yaşı var, evsizlikdən evlənə də bilmir. Deyir, bilmirəm canımın qeydinə qalım, yoxsa evsizliyimin.

Ağstafa rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildiriblər ki, Səxavət Əsgərov mənzil üçün icra hakimiyyətinə rəsmi müraciət edib. Hazırda mənzil verilməsi yalnız şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əlilləri üçün nəzərdə tutulur. Gələcəkdə hərbi xidmət əlilləri üçün mənzil inşa olunarsa, bu məsələyə baxıla bilər.
XS
SM
MD
LG