Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:45

AB liderləri büdcələrinə nəzarət olunmasına razılaşıblar


Brüsseldə toplaşan AB liderləri onların milli büdcəsini nəzarətdə saxlayan razılaşmanı imzalamağa qərar veriblər.

Amma İsveçin baş naziri deyib ki, Çexiya və Britaniya belə bir öhdəliyə razılaşmayıbıar. Britaniya avrozonada müşahidəçi kimi qalmağa üstünlük verib, Çexiya sənədi daha ətraflı öyrənmək üçün vaxt istəyib.

Avropa liderləri ümid edirlər ki, yeni müqavilə investorları qane edəcək və onları inandıracaq ki, debitor böhrana səbəb olan səhvlər təkrar edilməyəcək.

Yeni saziş martın 1-2-də AB liderlərinin sammitində imzalanacaq. 12 üzv ölkə sazişi ratifikasiya edəndən sonra müqavilə qüvvəyə minəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG