Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:32

Bakı da Suriya məsələsində Ərəb Liqasını dəstəklədi


Suriya üsyançıları

Suriya üsyançıları

«Azərbaycan Suriyada vəziyyətin bütün aspektlərinin həllinə, o cümlədən böhranın aradan qaldırılması və siyasi stabilliyin bərqərar olmasına dair Ərəb Dövlətləri Liqasının səylərini tam dəstəkləyir».

Bu açıqlamanı «APA»ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev verib.

O qeyd edib ki, Suriya məsələsində Azərbaycan ərəb dünyası ilə sıx həmrəyliyi, tarixi və mədəni əlaqələr nöqteyi-nəzərindən çıxış edir:

«Hesab edirik ki, Ərəb Dövlətləri Liqasının səylərini dəstəkləmək Suriyada iğtişaşlara son qoymaq və dialoqa başlamaq üçün yeganə doğru yoldur».

Şərhləri göstər

XS
SM
MD
LG