Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:30

Suriyanın Bashar al-Assad-siz gələcəyini dəstəkləyirlər


ABŞ BMT Təhlükəsizlik Şurasının Bashar al-Assad-siz gələcək istəyən Suriyalılara dəstək verməsi üçün əlindən gələni edəcək. ABŞ-ın Dövlət Katibi Hillary Clinton BMT-dəki müzakirələrdən öncə belə deyib.

Yanvarın 30-da Fransa və Böyük Britaniya da bildiriblər ki, BMT Təhlükəsizlik Şurasında Suriyaya qarşı sərt qətnaməni dəstəkləyəcəklər. Veto hüququ olan Rusiya Suriyaya qarşı sanksiya nəzərdə tutan hər hansı qətnamənin qəbuluna etiraz edir.

Vu arada artıq 3-cü gündür Dəməşq yaxınlığında atəş və partlayış səsləri ilə müşaiyyət olunan döyüşlər gedir. Hüquq müdafiəçilərinin məlumatına görə, Bashar al_Assadain qoşunları tankların yardımı ilə buradakı müxalifətçilərin mövqelərini ələ keçiriblər. Yanvarın 30-dakı döyüşlər vaxtı azı 9 nəfərin həlak olduğu, 45 müxalifətçinin həbs olunduğu bildirilir.
Suriyada etirazlar başlayandan bu yana – 9 ay ərzində artıq 3500-ə yaxın adam həlak olub.

Rusiyanın Xarici İşlər nazirliyi isə bildirib ki, Suriya prezidenti Bashar al-Assad hökuməti Moskvada müxalifət ilə danışıqlara qatılmağa razılıq verib. Ancaq Suriya Müxalifət Şurasından Reuters agentliyinə bildiriblər ki, Rusiyanın təşkil elədiyi heç bir danışıqda iştirak etməyəcəklər. Çünki Moskva Assad rejiminin ənənəvi müttəfiqidir.
XS
SM
MD
LG