Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:25

Avropa Birliyi borc böhranıyla bağlı razılığa gəlməyə çalışır


Bu gün Brüsseldə Avropa Birliyinin maliyyə sammiti keçirilir. Avropa Birliyi liderləri toplantıda büdcə islahatı, vahid fiskal idarəetmə mexanizminin yaradılması, borc böhranıyla üzləşənlərə yardım fondunun həcmi barədə razılaşmaya gəlməyə ümid edirlər.

Avropa Birliyi prezidenti Herman Van Rompuy sammitin açılışında deyib ki, “onlar bu məsələlərdə önəmli irəliləyiş əldə ediblər, ancaq biz hələ ylun sonuna gəlməmişik”.

Toplantı Almaniyanın Yunanıstana yardım əvəzində büdcəsinə Avropa Birliyi tərəfindən nəzarət edilməsi təklifi üzündən gərgin başlayıb. Afina bu təklifin ölkənin suverenliyinə müdaxilə kimi qiymətləndirmişdi.

Sammitdə çıxış edən Almaniya kansleri Angela Merkel deyib ki, Avropa Yunanıstana sərt qənaət tədbirlərinin icrasında söz verdiyi köməyi etməlidir, amma bundan ötrü Yunanıstan bunun yollarını hər kəslə müzakirəyə açıq olmalıdır”.

Toplantı günü Belçikanın bir sıra həmkarlar ittifaqı təşkilatları ölkədə tətbiq olunan sərt qənaət tədbirlərinə etiraz olaraq tətil keçirdiyindən və əsas hava limanı da bağlı olduğundan Avropa Birliyi liderləri Brüsselə hərbi aeroport vasitəsilə gəlməli olublar.
XS
SM
MD
LG