Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:53
Yaponiya əhalisi 2060-cı ilə 30 faiz azalacaq.
Əhalinin hər 5 nəfərindən 2-sinin yaşı 65-dən yuxarı olacaq.

Hazırda Yaponiyada 128 milyon adam yaşayır.
2048-ci ilə Yaponiya əhalisinin sayı 100 milyondan aşağı düşəcək, 2060-cə ildə isə burda 86 milyon adam yaşayacq.

Yaponiya cəmiyyəti dünyada ən sürətlə qocalan cəmiyyətdir.

2060-cə ildə Yaponiyada yaşı 14-dən az olanların sayı cəmi 8 milyon olacaq.
Hazırda bunlar 16 milyondur.

Yaponiyada 2060-cə ildə hər 100 ailəyə 135 uşaq düşəcək. Ölkə əhalisinin sayını sabit saxlamaq üçün hər 100 ailəyə 208 uşaq düşməlidir.

Bütün bunları hökumətin xüsusi agentliyi bildirib və belə proqnozu hökumət hər 5 ildən bir hazırlayır.

Bu proqnozun nəyi təhlükəlidir?

Yaponiyada işləyənlər daha çox pensiyaçını saxlamağa məhkumdurlar.

İndinin özündə Yaponiya kimi inkişaf etmiş ölkə sosial müdafiəyə pul çatdırmır.
5 trilyon dollarlıq Yaponiya iqtisadiyyatında hökumətin borcları 10 trilyon dollardır.

Yaponiyanın sosial müdafiəyə ehtiyaclari ildə 13 milyard dollar sürətilə artır.

Hökumət bu pulu hardan alacaq?

Hökumət bu xoşagəlməz vəziyyətlə bağlı sosial təminat fonduna ayırmaları artırmaq istəyir. Baş nazir Noda elan edib ki, satışa 5 faizlik vergini 2015-ci ilə kimi 2 dəfə artıracaq və bu əlavə pul sosial müdafiə fonduna gedəcək.

Müxalifət isə bunun əleyhinə səs verəcəyini bildirir. Müxalifət hesab edir ki, bununla problem həll olunmaycaq. Müxalifət vergilərdə və sosial müdafiə sistemində kompleks islahat tərəfdarıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG